Rəsmi Bakının yaratdığı yeni reallıq
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi və danışıq zamanı əldə olunan məsələlər bir daha göstərdi ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməz.
Dolayısı ilə rəsmi Vaşinqton ölkəmizə qarşı buraxdığı səhvləri etiraf etdi. Həmçinin Bakının yaratdığı reallığın və diqtə etdiyi şərtlərin hər kəs tərəfindən qəbul edildiyi nümayiş olundu.
Aydındır ki, Azərbaycan-ABŞ münasibətlərindəki gərginlik məhz Birləşmiş Ştatların qərəzli bəyanatları və atdığı addımların nəticəsi idi. Telefon danışığında qarşı tərəfə həm də bu amil çatdırıldı və ABŞ-nin öz fikrindən geri çəkildiyi aydın oldu.
Beləliklə, Azərbaycanın qəti və prinsipial mövqeyini sona kimi müdafiə etməkdə israrlı olduğu növbəti dəfə nümayiş olundu.
Azərbaycan Vətən müharibəsi və son antiterror tədbirləri ilə hansı qüdrətə malik olduğunu sübut edib, yaranan yeni reallığı da heç kim dəyişə bilməz. Ona görə də ölkəmizə qarşı edilən təzyiq və təhdidlərin heç bir əhəmiyyəti yoxdur. Elə bunun nəticəsidir ki, artıq bütün dünya bizimlə razılaşır və şərtlərimizi qəbul edir.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev "ADEX 2026"nın açılışında iştirak etdi - Baku TV
- Birləşmiş Krallıqla tərəfdaşlığın önəmi | Prezident Lord Vernon Kioakeri qəbul etdi - Baku TV
- Avropada görünməyən müharibə başlayıb? | Trampdan İranla bağlı iddialı proqnoz - YENİ BİR SƏHƏR
- Türkiyə mediası FIFA prezidentinin Bakıya səfərini işıqlandırdı - Baku TV
- İlham Əliyevlə FIFA prezidentinin görüşündə nələr müzakirə olundu? - Baku TV
