Pleyeri seçin:

Rusiyalı politoloq Paşinyanın Rusiyaya qarşı çıxmasını şərh etdi

14 sentyabr 2023 88 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, İrəvan təhlükəsizliyin təminatçısı kimi artıq Moskvaya arxalana bilməz.

N.Paşinyanın sözlərinə görə, bir zamanlar Qafqazda özünü polis kimi göstərən Rusiya artıq nüfuzunu və super dövlət statusunu itirib. Məhz buna görə də köhnə müttəfiq Rusiyadan əl çəkərək Qərbə daha da yaxınlaşmağın zəruriliyini vurğulayıb.

Rusiyalı politoloq İqor Korotçenko məsələni Baku TV-yə şərh edib və bildirib ki, Nikol Paşinyanın bu hərəkətləri Ermənistanın sonunu daha da yaxınlaşdırır:

“Ermənistan hakimiyyəti siyasi dairələrdə xüsusən də son aylar ərzində Rusiyaya qarşı açıq-aşkar şəkildə qeyri-dostluq münasibəti nümayiş etdirir. Biz görürük ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə müxtəlif liderlərə zəng edir, Azərbaycan və Moskva ilə qarşıdurmada İrəvana siyasi dəstək istəyir. Belə bir şəraitdə Rusiya tərəfi İrəvanın bütün son qeyri-dost davranışlarına sərt reaksiya verdi. Vəziyyət hətta o dərəcəyə çatdı ki, Ermənistanın Moskvadakı səfiri nazirliyə çağırıldı və ona etiraz notası verildi. Eyni zamanda hazırkı Rusiya-Ermənistan münasibətlərini şərh edən Prezident Vladimir Putin kifayət qədər təmkinlə bildirdi ki, Rusiya Ermənistan kimi müttəfiqlərini itirməkdən qorxmur. Müəyyən problemlər var ki, onları həll etmək lazımdır, lakin onlar dialoq yolu ilə həll edilməlidir. Təəssüflər olsun ki, V.Putinin bu sözlərindən sonra İrəvan hələ də lazımi addımlar atmayıb. Hesab edirəm ki, Ermənistanın bütün səhvlərinin düzəldilməsi üçün N.Paşinyan Moskvaya rəsmi səfər etməlidir. O, Ermənistan hakimiyyətinin son təxribat xarakterli, qeyri-dost bəyanatlarına görə Rusiya Prezidenti ilə danışıqlar aparmalıdır”.

İ.Korotçenko əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və bildirib ki, Nikol Paşinyanın Moskvaya qarşı səsləndirdiyi bütün ittihamlar yalnız özünə ünvanlanmalıdır. Çünki Ermənistan hakimiyyəti rəsmi səviyyədə Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqdan sonra əlavə şərhə ehtiyac qalmır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 88 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 88 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 88 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 88 baxış
Seçilmişlər
icon