Pleyeri seçin:

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən qardaşlaşdırdı

13 iyun 2023 357 baxış

Ümummilli lider Heydər Əliyevin tarixlərə işıq salan “Bir millət, iki dövlət!” kəlamı əsasında inkişaf dinamikasında olan Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsinin müddəaları ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Ötən iki il ərzində bu tarixi sənədlə bağlı geniş şərhlər verilsə də, haqlı olaraq belə bir sual gündəmdədir: Şuşa Bəyannaməsi regionda nəyi dəyişdi?.

Əvvəla qeyd etmək lazımdır ki, birinci dünya müharibəsinin nəticələrinə uyğun olaraq uzun illər məcburi şərtlər çərçivəsində müstəqilliyini qoruyan qardaş ölkə Türkiyə təxminən bir əsr sonra yenidən Cənubi Qafqaza qayıdıb. Azərbaycanın müstəqilliyi, yürüdülən düzgün və azad siyasət, çoxşaxəli inkişaf, ölkədəki milli birlik və s. mühüm elementlər bu xoşmissiyalı qayıdışı təmin etdi.

Şuşa Bəyannaməsi regionda sülh, əmin-amanlıq, bölgə ölkələrinə kompleks inkişaf vəd edən, müstəqillik əldə olunandan bəri iki qardaş ölkənin ərazi bütövlüyü çərçivəsində imzalanan ilk tarixi beynəlxalq statuslu sənəddir.

Bəyannamənin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinin şərtləri çərçivəsində, Azərbaycanın Milli Qurtuluş Günündə imzalanması öz-özlüyündə tarixi ədalətin və beynəlxalq hüququn təsdiqidir.

Sənədin beynəlxalq əhəmiyyətinə gəldikdə qeyd etməliyik ki, Azərbaycan və Türkiyə bütün qonşu ölkələrlə münasibətlərini mehriban dostluq və səmimi qonşuluq, dövlətlərin sərhəd toxunulmazlığı prinsipləri əsasında qurur. Ölkələrin ərazi bütövlüyünü tanımaq, xalqların birgəyaşayışına təminat vermək bütün tərəflərin beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikdir.

Şuşa Bəyannaməsi regional proseslərin məhz bu prinsiplər əsasında inkişafına zəmanət verən beynəlxalq sənəddir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 357 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 357 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 357 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 357 baxış
Seçilmişlər
icon