Tehranda hakimiyyət boşluğu dərinləşir və İran yeni mərhələyə keçir? - AKTUAL GÜNDƏM
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Aktual Gündəm" verilişində İranda yaranmış dərin siyasi böhran və hakimiyyət boşluğu təhlil olunur. ABŞ və İsrail koalisiyasının fevralın 28-də başlatdığı hərbi müdaxilə və Ali Lider Ayətullah Əli Xameneinin ölümü ilə bağlı yayılan rəsmi məlumatlardan sonra Tehranda idarəetmə mexanizmi sarsılıb. Verilişdə qeyd olunur ki, hazırda ölkədə Müvəqqəti Rəhbərlik Şurası fəaliyyətə başlasa da, SEPAH və ordu daxilində qərarvermə prosesində ciddi fikir ayrılıqları yaranıb. Politoloqlar və millət vəkillərinin iştirakı ilə keçən müzakirədə İranın yeni mərhələyə qədəm qoyduğu, daxili etirazların və varislik uğrunda mübarizənin regionun təhlükəsizliyinə necə təsir edəcəyi araşdırılır. Xüsusilə, SEPAH-ın müharibəni təkbaşına aparmaq cəhdləri və mərkəzi hakimiyyətin zəifləməsi fonunda İranı gözləyən mümkün ssenarilər Baku TV-nin bu buraxılışında geniş işıqlandırılır.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
