Təyyarə qəzasında yaralananların yeni görüntüləri | Soydaşlarımızın ən son vəziyyəti
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında yaralanan şəxslərin yeni görüntüləri yayılıb.
Onların müalicə olunduğu xəstəxananı “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov ziyarət edib.
Dəhşətli hadisədə xəsarət alan 4 nəfərin görüntülərdə vəziyyətinin yaxşı olduğu öz əksini tapıb.
Şəmsəddin Hüseynov yaralılara Azərbaycan dövlətinin tam dəstəyini ifadə edib:
“Hazırda xəstəxanadayam. Bu palatada qəzada sağ qalanlardan 4 nəfər var. Onları Allah qoruyub saxlayıb. Sizin bu vəziyyətdən olmanıza bütün respublika kədərlənir. Qazaxıstan və Azərbaycan sizin yanınızdadır. Azərbaycandan olan həkimlər və yüksəkvəzifəli şəxslər də buradadırlar. Hər kəs əlindən gələni edir”.
Sədr qəzada yaralanan digər şəxslərin də tezliklə şəfa tapmasını diləyib.