Tramp İsrail parlamentində çıxış edəcək
ABŞ Prezidenti Donald Trampın oktyabrın 13-də Yaxın Şərqə planlaşdırılan yüksək səviyyəli səfəri dünya mediasının diqqət mərkəzindədir. Ağ Evin rəsmi məlumatına görə, ABŞ lideri əvvəlcə İsrailə yollanacaq, burada ölkə Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu tərəfindən qarşılanacaq. Səfərin əsas məqamları girovların ailələri ilə görüş və daha sonra saat 11:00 radələrində İsrail parlamentində — Knessetdə vacib çıxış etməkdir. Bu çıxışın ABŞ-ın regional siyasətində yeni mesajlar ehtiva edəcəyi gözlənilir. Səfər proqramının ardınca Tramp Qəzza zolağında atəşkəs sazişinin imzalanması üçün Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək "Sülh Sammiti"nə qatılacaq. Qeyd edək ki, Misirə səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycan da bu tarixi sammitə dəvət alan ölkələr sırasındadır.
#ABŞ teqi istifadə olunub
- "Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV
- Vaşinqton hərbi güc tətbiqindən imtina edir
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb
- ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV
