Pleyeri seçin:

Türkiyə bu ölkələrlə müdafiə sənayesində əməkdaşlığa hazırdır | Hulusi Akar Bakıda çıxış etdi

15 aprel 2025 874 baxış

“Milli təhlükəsizliyin təmini ancaq güclü ordu ilə mümkündür. Bunu Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi zəfər bütün dünyaya göstərdi. Qarabağ zəfəri təkcə Azərbaycan, Türkiyə deyil, bütün Türk dünyası, o cümlədən dünya üçün nümunə olub”.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyə təşkilata üzv dövlətlərlə müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırdır:

“Azərbaycan və Türkiyənin ortaq ordusunun formalaşdırılması davamlı prosesdir. Bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda tək ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır. Bunun üçün birgə hərbi təlimlər şərtdir. Silahlar, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir”.

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er isə bildirib ki, türk dövlətləri strateji maraqlar, regional təhlükəsizlik və sabitlik istiqamətində birgə əməkdaşlıq edir. Əməkdaşlığın institusionallaşmasında həm Türk Dövlətləri Təşkilatı, həm də TÜRKPA əsas platformalardır.

Banner
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 874 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 874 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 874 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 874 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 874 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 874 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 874 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 874 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 874 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 874 baxış
Seçilmişlər
icon