Pleyeri seçin:

Yeni Kaledoniyadakı qəbilə Fransanın bu hərəkətlərinə susmadı | Əhali ayağa qalxdı

25 sentyabr 2024 185 baxış

Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq məhkəmə müraciəti yayıb.

Müraciətdə deyilir ki, 2024-cü il 13 may tarixindən, Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayır.

“Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Saint-Louis qəbiləsinə münasibəti təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı edilən rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət qeyri-mütənasib güc münasibətinə baxmayaraq, zərərsizləşdirilməli və susdurulmalı olan 1200 cinayətkarla iş aparırmış kimi davranır”, – deyə müraciətdə qeyd edilib.

Bildirilir ki, bu qəbilənin üç övladı Fransa Milli Jandarması güllələrinin altında can verib.

“Sanki qəbiləmizin ətrafında Sakit Okeanın Berlin divarını tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür”, – deyə Saint-Luis qəbiləsi bəyanatında vurğulanır.

Qəbilə nümayəndələri bildirirlər ki, onlar artıq yerli məhkəmədən heç nə gözləmirlər.

“Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan bir propaqanda vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə, müstəmləkə nizamını qorumağa çalışırlar.

Əgər Saint-Luisdəki hazırkı sistem dövlətin bütün ərazini nəzarətdə saxlama iddiası üçün bir “qəza testi” kimi təsvir edilirsə, bilsin ki, bütün bu qəbiləni şəhid etməsi, bəlkə də, Kanak müstəqillik arzusunu boğmaqdan daha asan olacaq”, – deyə bəyanatda qeyd olunur.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 185 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 185 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 185 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 185 baxış
Seçilmişlər
icon