Pleyeri seçin:

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22 iyul 2024 509 baxış

149 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.

Jurnalistikamızın bayraqdarına çevrilən “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuat tarixində yeni era başladı. Sonrakı illərdə nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Bu mətbuat orqanının əsas hədəfi xalqı maarifləndirmək, cəhalətə, haqsızlığa qarşı mübarizə aparmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

149 yaşlı mətbuatın 70 ili kommunist diktaturası dövrü ilə bağlıdır. Həmin vaxt mövcud problemləri daha çox sətiraltı mənada yazan Azərbaycan mətbuatı, SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın əsarətində idi desək, yanılmarıq.

1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da ümummilli lider imzalayıb.

1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazandı.

KİV-in nümayəndələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşdular, həm də canları bahasına olsa belə reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.

Banner
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 509 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 509 baxış
Seçilmişlər
icon