Pleyeri seçin:

60 yaşım var, evdə iki xəstəm var... | Müəllimlər nazirliyin bu qərarına sərt etiraz etdi

13 iyun 2025 349 baxış

Sumqayıtda yerləşən “Evdə fərdi təhsil məktəbi”nin müəllimləri təhsil ocağının rəsmi qərar olmadan bağlanmasına etiraz edirlər.

Şikayətçilər deyirlər ki, məktəbin müəllimləri digər təhsil müəssisələrinə yerləşdiriləcək və bununla razılaşmayan pedaqoqlar işdən çıxarılacaqlar.

“Dövlət məktəbini bağlayırlar. Müəllimlərin 20 faizini saxlayıb, 80 faizini isə işsiz qoyurlar. Mən bu yaşda harada işləməliyəm?!”, – deyə müəllimlərdən biri etirazını bildirib.

“60 yaşındayam, evimdə iki xəstə var. Bu yaşdan sonra evdə oturub onlara necə baxım?!”, – başqa bir müəllim narazılığını ifadə edib.

Müəllimlərin narazılığına Elm və Təhsil Nazirliyi münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunur ki, bu addım dərslərin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədi daşıyır.

“Məqsəd dərslərin keçirilməsinin keyfiyyətinə məktəb rəhbərliyi tərəfindən nəzarətin daha effektiv həyata keçirilməsini təmin etməkdir. Bu proses “Evdə fərdi təhsil məktəbi”nin pedaqoji heyətinin fəaliyyətinə mənfi təsir göstərməyəcək. Çünki müəllimlərimiz işlə təmin olunacaqlar”, – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib.

Qeyd edək ki, məktəbin bağlanması müvafiq qurumlarla razılaşdırılıb və qərar bu il yox, növbəti tədris ilindən keçərlidir.

Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Cəmiyyət
17 dekabr 2025 349 baxış
"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

Cəmiyyət
17 dekabr 2025 349 baxış
"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 349 baxış
11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

Cəmiyyət
17 dekabr 2025 349 baxış
Seçilmişlər
icon