Pleyeri seçin:
600 illik tarixi inci | Şamaxıda dini abidələrə dövlət dəstəyi - Baku TV
Şamaxı rayonunun Avaxıl kəndində yerləşən tarixi Pir Ömər Sultan ziyarətgahında konservasiya işləri aparılıb.
Arxeoloji tədqiqatlar zamanı burada XIV əsrin ortalarına aid türbə qalıqları və abidənin xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar aşkarlanıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ildə Şamaxıya səfərləri çərçivəsində ziyarətgahda olub və abidədə konservasiya işlərinin aparılmasına dair tapşırıqlar veriblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə ziyarətgah və onun ətrafı konservasiya olunub. Burada qoruyucu divar, çardaq və ziyarətçilər üçün gəzinti zolağı yaradılıb.
Kopyalandı
#Pir Ömər Sultan ziyarətgahı teqi istifadə olunub
