Aparıcı şoka düşdü | 50 il geridə qalan bu kənddə nələr baş verir? - KƏNDİNƏ QAYIT
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Qubanın Buduq kəndinə səyahət edilib.
1890-cı ildə 3590 nəfərin yaşadığı bu kənddə hazırda 8-10 ailə var. Tarixə nəzər saldıqda Buduq sakinlərinin az olmasının bir sıra səbəblərinin olduğunu görürük.
Belə ki, ermənilərin Qubada törətdiyi soyqırımı, Böyük Vətən müharibəsi və SSRİ-nin dağılması ilə müstəqillik dövrünün əvvəlində rastlaşdığımız çətinliklər buduqluları kəndlərindən didərgin salıb.
Buduğun problemlərindən söz açan kənd sakini Elnur Cabbarov bildirib ki, burada qaz olmadığı üçün yanacaq kimi peyindən istifadə edirlər.
“Kənddə internet xətti də yoxdur. Özüm burada doğulub böyümüşəm. Təhsil aldıqdan sonra kəndimə qayıdıb insanlarımıza xidmət edirəm. Buduqda məktəb 4 illikdir. Buna görə başqa kənddə ev almışam ki, uşaqlarım təhsillərinə orada davam etsinlər. Burada vəziyyət çox acınacaqlıdır”, ‒ deyə o bildirib.
#Quba rayonu teqi istifadə olunub
- İl sonuna qədər regionlarda yeni konfransların təşkili nəzərdə tutulur - Baku TV
- "3000-4000 haradan verək?!" | Oduna pul tökməkdən boğaza yığılan sakinlərin qaz problemi - Baku TV
- Qubada kritik vəziyyət | "2 km-lik yolu ayaqla getməyə məcburuq" - Baku TV
- Qubada yeni alternativ yolun çəkilişinə başlanılıb - Baku TV
- Qandonduran ailə faciəsi: "İkisi də ölüb, hamı şokdadır" | "Ayaqla tapdalayıb başını" - Baku TV
