Pleyeri seçin:

Sürücülər arasında qeyri-rəsmi anlaşmalar mübahisəyə səbəb olur | Hüquqşünasdan açıqlama - Baku TV

16 may 2026 138 baxış

Yol-nəqliyyat hadisəsi zamanı bəzi sürücülər məsələni polisə və sığorta şirkətlərinə bildirmədən öz aralarında həll etməyə çalışırlar. Belə vəziyyətlərdə tərəflərdən birinin "nə xərcin varsa, qarşılayacağam" deyərək hadisə yerindən uzaqlaşması sonradan zərərçəkəni çətin vəziyyətə salır. Çünki hadisə yerindən uzaqlaşdıqdan sonra sübut toplamaq və prosesi rəsmiləşdirmək bəzən mümkün olmur.

Razim Kərimov da belə hallardan birinin qurbanı olub. Onun sözlərinə görə, martın 6-da Binə qəsəbəsində yolu keçmək istəyərkən "Toyota" markalı avtomobil onu vurub. Sürücü və yaxınları məsələni öz aralarında həll etməyi təklif ediblər. R.Kərimov qarşı tərəfin sözünə inanaraq razılıq verib. Ancaq verilən vədlər yerinə yetirilməyib.

"Xəstəxanada ayılarkən ayağımın ağır dərəcədə zədələndiyini, sümüklərin əzildiyini gördüm. Əvvəllər başqa xəstəliklərə görə bir neçə dəfə narkoz aldığım üçün həkimlər mənə yenidən narkoz verilməsini məsləhət görmədilər. Ayağım bir ay gipsdə qaldıqdan sonra açıldı, lakin həkimlər əməliyyatın vacib olduğunu dedilər. Hadisəni törədən şəxs isə bir dəfə belə gəlib mənə baş çəkmədi, üzr istəmədi", – deyə Razim Kərimov bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) qeyd olunub ki, faktla bağlı araşdırma aparılır:

"Tərəflərin ərizə və izahatları alınıb, hadisə yerinə baxış keçirilib. Digər sübutlar da toplanılaraq fakt üzrə açılmış cinayət işinə əlavə olunub. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hazırda istintaq araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

"Əvvəl uşaqları göndərirdilər buraya, indi isə..." | Yay düşərgələri niyə bağlanıb? - Baku TV

"Əvvəl uşaqları göndərirdilər buraya, indi isə..." | Yay düşərgələri niyə bağlanıb? - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
"Hərbi xidmətə sapsağlam getmişdim" | Kömək diləyən gənc: "Xəstəliyimə görə ailəm dağıldı" - Baku TV

"Hərbi xidmətə sapsağlam getmişdim" | Kömək diləyən gənc: "Xəstəliyimə görə ailəm dağıldı" - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
"Əllərinə keçəni qoyublar, addım-addım gedirik!" | Tramplinlər necə yerləşdirilməlidir? - Baku TV

"Əllərinə keçəni qoyublar, addım-addım gedirik!" | Tramplinlər necə yerləşdirilməlidir? - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
Təbii tərkib, qaymaq kimi dad | Gerda kərə yağı sərfəli qiymətlə satışda - Baku TV

Təbii tərkib, qaymaq kimi dad | Gerda kərə yağı sərfəli qiymətlə satışda - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
"Misli görünməyən qəhrəmanlıq idi" | Şəhid Qaratel Hacımahmudovanın xatirəsi yad edildi - Baku TV

"Misli görünməyən qəhrəmanlıq idi" | Şəhid Qaratel Hacımahmudovanın xatirəsi yad edildi - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 iyun 2026 138 baxış
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 iyun 2026 138 baxış
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 iyun 2026 138 baxış
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 iyun 2026 138 baxış
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 iyun 2026 138 baxış
Seçilmişlər
icon