Pleyeri seçin:

Skuter uşaqlarda ciddi sağlamlıq problemlərinə səbəb olur | Həkimlər xəbərdarlıq edir - Baku TV

16 may 2026 455 baxış

Son zamanlar uşaqlar arasında skuter sürməyə marağın artdığı müşahidə olunur. Bu onlar üçün həm əyləncə, həm də rahat nəqliyyat növü hesab edilsə də, mütəxəssislər ciddi təhlükələr barədə xəbərdarlıq edirlər. Bildirilir ki, skuter bəzi hallarda uşaqlarda sümük və əzələ problemlərini kəskinləşdirə bilər.

Pediatrların qənaətinə görə, uşağın hər gün uzun müddət skuterdən istifadə etməsi skolioz və kifoz kimi onurğa problemlərinin yaranmasına səbəb ola bilər. Eyni zamanda qeyd olunur ki, valideynlər övladlarına yalnız onların yaş qruplarına uyğun olan skuterlərdən istifadə etməyə icazə verməlidirlər.

Mövzu ilə bağlı danışan pediatr Məhsəti Nəcəfova bildirib ki, sümük-əzələ problemləri, skoliozu, ciddi yastıpəncəliyi və xüsusən oynaq xəstəlikləri olan uşaqların skuterdən istifadəsi mütləq fərdi qaydada qiymətləndirilməlidir:

“Bu zaman ortoped və pediatrın məsləhəti mütləqdir. Skuter sürərkən uşaqların çoxu bədənin ağırlığını əsasən bir ayağın üzərinə salır və uzun müddət eyni vəziyyətdə qalır. Bu isə aşağı ətraf əzələlərinin yorulmasına, eyni zamanda venoz qan dövranının pozulmasına səbəb olur. Bu proses birbaşa varikoz problemi yaratmasa da, dolayı yolla buna şərait yaradır”.

Vurğulanır ki, uşaqların sağlamlığını qorumaq məqsədilə gün ərzində 20 dəqiqədən artıq skuterdən istifadə edilməsi tövsiyə olunmur.

Banner
Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 455 baxış
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 455 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 455 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 455 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 455 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 455 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 455 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 455 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 455 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 455 baxış
Seçilmişlər
icon