Pleyeri seçin:

AQTA məlumat yaydı | köhnəlmiş məhsulları satan marketlə bağlı hansı qərar verildi?

22 dekabr 2023 402 baxış

Bir neçə gün bundan əvvəl Baku TV olaraq paytaxtın “Tarqovı” adlanan mərkəzi küçəsində yerləşən marketlərdən birində aşkarladığımız vaxtı keçmiş məhsullarla bağlı ictimaiyyəti məlumatlandırmışdıq.

Problem ictimailəşdikdən dərhal sonra Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparıb və ictimaiyyətə geniş açıqlama ilə çıxış edib:

“Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Salmanov Elman Ağaxan oğluna məxsus “Okean” marketdə satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, Agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb.

Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılan yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib. Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş “Buva” əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanılması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda, aşkar olunan uyğunsuzluqlarla bağlı market rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib”.

Agentlikdən o da bildirilib ki, qurum əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönələn qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.  

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 402 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 402 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 402 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 402 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 402 baxış
Seçilmişlər
icon