Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Natiq Məhərrəmov bildirib ki, onu həyat yoldaşını qətlə yetirməyə məcbur edən mələklər olub.
"Mən dəli deyiləm. Amma mələklər mənə seçilmiş insan olduğumu deyirdilər. Onlar bu qadının məni aldatdığını, başıma oyun açacağını söyləyirdilər. Onu mətbəx bıçağı ilə öldürdüm. Döş qəfəsi və qarın boşluğundan vurmuşdum. Axırıncı zərbəni boğazından vurdum. Əslində onun başını kəsmək istəyirdim", – deyə təqsirləndirilən şəxs əlavə edib.
Daha sonra o, məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırıb. Çıxışlar üçün növbəti proses yanvarın 7-nə təyin edilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
- Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV
- "Meydan TV" işi üzrə məhkəmə başladı - Baku TV
- Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV
- Təqsirləndirilən hakim qarşısına çıxarılıb
