Cəmiyyət
Pleyeri seçin:

Azərbaycan həqiqətlərini dünyaya çatdıran "Haber Global"ın 6 yaşı tamam oldu

24 sentyabr 2024 32 baxış

Türkiyə teleməkanında qısa zaman kəsiyində böyük uğur qazanan məşhur "Haber Global" xəbər telekanalının altı yaşı tamam olur.

2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" xəbər telekanalı fəaliyyət göstərdiyi ilk gündən etibarən Azərbaycana aid mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri operativ şəkildə geniş tamaşaçı auditoriyasına təqdim edir.

Kanalın İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttində baş verən hadisələri, erməni separatçılarının dinc əhaliyə qarşı hücumlarını dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olub.

Müharibənin ən qaynar nöqtələrindən "Haber Global"ın peşəkar komandasının lentə aldığı müxtəlif görüntülər “Reuters” kimi beynəlxalq kanallarda yayımlanıb. Xüsusilə kanal Korsikadakı özəl yayım və reportajlar vasitəsilə Fransanın müstəmləkə siyasətini ətraflı işıqlandıraraq ictimaiyyəti bu haqda məlumatlandırıb.

“Haber Global” Azərbaycan və Türkiyə arasındakı dostluğun və iş birliyinin inkişafına özünəməxsus töhfələr verib. Kanalın təcrübəli və peşəkar komandası azərbaycanlı jurnalistlərə mütəmadi təlimlər keçərək öz bilik və bacarıqlarını onlarla bölüşüb.

Bu illər ərzində “Haber Global”da yayımlanan verilişlər böyük tamaşaçı marağına səbəb olaraq auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Xüsusilə Vətən müharibəsində hər zaman Azərbaycana dəstək olan telekanal Türkiyə ilə yanaşı, Azərbaycan tamaşaçısının da rəğbət və sevgisini qazanıb.

Bu günə kimi televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.

Altı say etibarilə çox böyük rəqəm olmasa da, bu altı ildə "Haber Global"ın gördüyü işlər yaşından qat-qat böyükdür. Rəqiblərindən seçilən kanal peşəkar komandası ilə efir məkanında söz sahibi olmağı və hər zaman sözünü deməyi bacarıb. 

Bütün gün sizi enerjili saxlaya biləcək sadə məşqlər | Mütəxəssislərdən vacib məlumatlar

Bütün gün sizi enerjili saxlaya biləcək sadə məşqlər | Mütəxəssislərdən vacib məlumatlar

Cəmiyyət
12 fevral 2025 32 baxış
Əfv Məsələləri Komissiyasının ilk iclasında mühüm müzakirələr | Neçə müraciətə baxıldı?

Əfv Məsələləri Komissiyasının ilk iclasında mühüm müzakirələr | Neçə müraciətə baxıldı?

Cəmiyyət
12 fevral 2025 32 baxış
Mənim imkanım yoxdur ki... | Məktəblə bağlı bu xəbər valideynləri özündən çıxardı

Mənim imkanım yoxdur ki... | Məktəblə bağlı bu xəbər valideynləri özündən çıxardı

Cəmiyyət
12 fevral 2025 32 baxış
İctimai asayişin qorunmasında iştirak edənlərlə bağlı vacib qərar qəbul edildi

İctimai asayişin qorunmasında iştirak edənlərlə bağlı vacib qərar qəbul edildi

Cəmiyyət
12 fevral 2025 32 baxış
"Oğlanfason" qız idim, ərim dedi ki... | İfaçı Almazxanım Musayevanın qeyri-adi həyatı - O VAXTLAR

"Oğlanfason" qız idim, ərim dedi ki... | İfaçı Almazxanım Musayevanın qeyri-adi həyatı - O VAXTLAR

Cəmiyyət
12 fevral 2025 32 baxış
Deputat və sosioloq qarşı-qarşıya | Ətlə bağlı problemlər nələrdir?

Deputat və sosioloq qarşı-qarşıya | Ətlə bağlı problemlər nələrdir?

Cəmiyyət
12 fevral 2025 32 baxış
Buna qanunda qadağa qoyulsa... | Ətlə bağlı açıqlama müzakirələrə səbəb oldu

Buna qanunda qadağa qoyulsa... | Ətlə bağlı açıqlama müzakirələrə səbəb oldu

Cəmiyyət
12 fevral 2025 32 baxış
Səhər-axşam ancaq söyüşlər eşidirik | Öz evində narkotik satan qadının sonu

Səhər-axşam ancaq söyüşlər eşidirik | Öz evində narkotik satan qadının sonu

Cəmiyyət
12 fevral 2025 32 baxış
Ət buna görə bahalaşır | Sosioloq qurumu tənqid etdi

Ət buna görə bahalaşır | Sosioloq qurumu tənqid etdi

Cəmiyyət
12 fevral 2025 32 baxış
Valideynlərin bilməli olduğu məlumat | İndidən bunu etsinlər ki...

Valideynlərin bilməli olduğu məlumat | İndidən bunu etsinlər ki...

Cəmiyyət
12 fevral 2025 32 baxış
Seçilmişlər
icon