Pleyeri seçin:

Azərbaycan Silahlı Qüvvələri 105 yaşında

26 iyun 2023 294 baxış

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Ordumuzun ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edilib. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib. Ordu quruculuğu sahəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsi ilk olaraq 2016-cı il Aprel döyüşlərində, iki il sonra isə Günnüt Zəfərində özünü göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda tarix yazdı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, bütün Qarabağda dalğalanır.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir. Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 iyun 2026 294 baxış
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 iyun 2026 294 baxış
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 iyun 2026 294 baxış
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 iyun 2026 294 baxış
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 iyun 2026 294 baxış
Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Cəmiyyət
15 iyun 2026 294 baxış
"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

Cəmiyyət
15 iyun 2026 294 baxış
İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

Cəmiyyət
15 iyun 2026 294 baxış
Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Cəmiyyət
15 iyun 2026 294 baxış
Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Cəmiyyət
14 iyun 2026 294 baxış
Seçilmişlər
icon