Pleyeri seçin:

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxundu

23 may 2025 669 baxış

“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan sonuncu iclasda təqsirləndirilənlərə hökm oxunaraq Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov hər biri ayrı-ayrılıqda 8 il, Arif Cümşüdov və Anar İsayev isə hər biri 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışlarını bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 669 baxış
Seçilmişlər
icon