Pleyeri seçin:

Azərbaycanlı ilə evlənən danimarkalı gəlini hansı adətlər təəccübləndirdi? - ARZUNUN VAXTI

04 iyul 2026 242 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışında Danimarkadan olan Daniella və azərbaycanlı həyat yoldaşı Emin Əzimzadə öz ailə hekayələrindən söz açıblar.

Türkiyədə tanış olan cütlük fərqli mədəniyyətlərə sahib olmalarına baxmayaraq, sevgi, hörmət və qarşılıqlı anlayış sayəsində 19 ildir xoşbəxt ailə həyatı yaşayır.

“İlk vaxtlar hər iki ailədə müəyyən narahatlıqlar var idi. Dilimiz, adətlərimiz, mədəniyyətimiz fərqli idi. Hamı düşünürdü ki, bu ailə necə olacaq”, – deyə Daniella Əzimzadə qeyd edib.

Daniella xanım toy və elçilik mərasimlərində yaşadığı maraqlı anlardan da danışıb:

“Bizdə elçilik, xına və xonça kimi adətlər yoxdur. İlk dəfə xına mərasimində qırmızı paltar geyindirdilər, başıma yaylıq örtdülər. Ətrafımda mahnılar oxuyurdular, amma heç nə başa düşmürdüm”.

Azərbaycan dilini gündəlik ünsiyyət vasitəsilə öyrəndiyini deyən danimarkalı gəlin bəzi ifadələri uzun müddət yanlış anladığını bildirib:

“İllərlə elə bilirdim ki, “qurban” qoyunun adıdır. “Başa düşdüm” ifadəsini isə “başım düşdü” kimi deyirdim. Ən çox sevdiyim “canım”, “gözüm”, “ürəyim” kimi gözəl müraciətlərdir, bizdə belə sözlər yoxdur. Diliniz çox zəngindir”.

Üç övlad böyüdən cütlük uşaqlarının Azərbaycan dilini və milli dəyərləri öyrənməsinə xüsusi önəm verdiklərini vurğulayıb:

“Övladlarımız dörd dildə danışırlar. Azərbaycan dilini öyrənmələrini xüsusilə istədik. Evimizdə Azərbaycan mahnılarına qulaq asır, adət-ənənələri qoruyub saxlayırıq”.

Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Cəmiyyət
25 avqust 2026 242 baxış
"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

Cəmiyyət
25 avqust 2026 242 baxış
"33 ildən sonra öz evimizə, obamıza qayıdırıq" | Xocavəndə növbəti köç - Baku TV

"33 ildən sonra öz evimizə, obamıza qayıdırıq" | Xocavəndə növbəti köç - Baku TV

Cəmiyyət
25 avqust 2026 242 baxış
AQTA yoxlamalar apardı | Hansı dondurmalarda uyğunsuzluq aşkarlandı? - Baku TV CANLI

AQTA yoxlamalar apardı | Hansı dondurmalarda uyğunsuzluq aşkarlandı? - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 242 baxış
"İşləməyən eskalatorlar işləyənlərdən çoxdur" | Sakinlərin müraciətinə baxılmır? - Baku TV

"İşləməyən eskalatorlar işləyənlərdən çoxdur" | Sakinlərin müraciətinə baxılmır? - Baku TV

Cəmiyyət
25 avqust 2026 242 baxış
"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı | "Açıq-aşkar cəmiyyəti pozurlar" - Baku TV

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı | "Açıq-aşkar cəmiyyəti pozurlar" - Baku TV

Cəmiyyət
25 avqust 2026 242 baxış
Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 242 baxış
Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 242 baxış
"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

Cəmiyyət
25 avqust 2026 242 baxış
Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Cəmiyyət
25 avqust 2026 242 baxış
Seçilmişlər
icon