“AzerGold” və MEDİA-nın jurnalistlər üçün təşkil etdiyi təlim və mediaturdan görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub.
Səhmdar Cəmiyyətin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, baş tutan tədbirdə 30-dan çox jurnalist iştirak edib.
Tədbirin ilk günü Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən müxtəlif mövzularda nəzəri təlimlər keçirilib. Səfərin ikinci günü iştirakçılar Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold”un dəstəyi ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzi ilə tanış olublar.
İştirakçılar həmçinin Daşkəsən rayonunun Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold”un dəstəyi ilə inşa olunan Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binası, eyni zamanda Quşçu kənd mərkəzində istifadəyə verilən Kitab köşkü ilə tanış olublar.
Səfər “AzerGold”un rayonun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi və “Çovdar” qızıl mədəninə təşkil olunan mediaturla davam edib. Jurnalistlər burada ekoloji norma və tələbləri, müasir texnologiyalar əsasında aparılan istismar işlərini, qiymətli metalların emalı, tullantıların idarəolunması prosesini izləyiblər.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
