Pleyeri seçin:

Bakıda klinikida dəhşətə gətirən hadisə | Yoxlamada nələr ortaya çıxdı?

24 yanvar 2025 408 baxış

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç, məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumata görə, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.

Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib.

Bildirilib ki, müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib.

Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb.

Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.

Həmçinin müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Qeyd edilib ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib.

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

“Övladım Yasamaldan gəlir” | Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Məhkəmənin ilk baxış iclası oktyabrın 5-nə təyin edilib

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Son dəqiqə: Ramiz Mehdiyevin məhkəmə iclasının vaxtı dəyişdi - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Ramiz Mehdiyevin məhkəməsindən yeni detallar - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Əlixan Rəcəbov da şikayətçidir: Səbail sakinlərinin problemi nə vaxt həll ediləcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Səs-küydən bezən sakinlərin etirazına verilən cavab şoka saldı - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 408 baxış
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 408 baxış
Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 408 baxış
Seçilmişlər
icon