Pleyeri seçin:

Qalmaqallı klinika dövlət sənədini saymır?

07 mart 2025 653 baxış

Bir müddət əvvəl fəaliyyətində nöqsanlar aşkar edilən və lisenziyasının dayandırılması ilə bağlı müraciət edilmiş qalmaqallı klinika fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı “Oxu.Az” “Laser Beauty Estetik” klinikasına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq klinikanın informasiya şöbəsinin rəhbəri Kəmalə Əsədova deyib ki, fəaliyyətin dayandırılması ilə bağlı onlara heç bir məktub və ya bildiriş gəlməyib.

O bildirib ki, belə bir məktub almadıqlarına görə hazırda fəaliyyətlərini davam etdirirlər.

K.Əsədova qeyd edib ki, klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərləri mediada görüblər:

“Biz bundan sonra Səhiyyə Nazirliyinə müraciət etmişik, amma hələ geri dönüş olmayıb. Buna görə də hazırda fəaliyyətimizi davam etdiririk”.

“Biz şəhərin mərkəzində fəaliyyət göstəririk. Lisenziyamızın dayandırılması ilə bağlı bildiriş, məktub gəlsə idi, fəaliyyətimizi dayandırardıq. Analitik Ekspertiza Mərkəzi klinikamızda mütəmadi yoxlamalar aparır. Kiçik nöqsanlar aşkarlandıqdan sonra klinikada təkrar yoxlama aparılıb və nöqsanların aradan qaldırıldığı görülüb”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Oxu.Az” İqtisadiyyat Nazirliyi tərəfindən “Laser Beauty Estetik” klinikasına lisenziyasının dayandırılması ilə bağlı göndərilmiş sənədi əldə edib.

Xatırladaq ki, martın 5-də İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində “Laser Beauty Estetik” klinikasının Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Bundan sonra Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Estetik” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılıb.

“Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub”, – deyə məlumatda bildirilmişdi.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 653 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 653 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 653 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 653 baxış
Seçilmişlər
icon