Bir-birinə yapışan evlər | Xırdalanda xaotik vəziyyət hökm sürür - Baku TV
Xırdalanda sıx şəkildə inşa edilən həyət evləri sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Mütəxəssislərin fikrincə, bu evlərin böyük əksəriyyəti layihə tələblərinə uyğun tikilməyib. Üstəlik, evlər arasında demək olar ki, heç bir məsafə saxlanılmayıb. Bu isə fövqəladə hallar, xüsusilə yanğın zamanı əraziyə giriş-çıxışı mümkünsüz edir və sakinlərin həyatı üçün real təhlükə yaradır.
Sakinlərdən birinin sözlərinə görə, evlər tikilərkən mütləq ara məsafəsi nəzərdə tutulmalıdır ki, yanğın və digər fövqəladə hallarda texnika əraziyə daxil ola bilsin.
“Amma buradakı evlərin arasından pişik belə keçə bilmir. Demək olar ki, hamısı qeyri-qanuni tikilidir. Burada yaşamaq qorxuludur. Yollarda tıxac yaranır, yaşayış getdikcə çətinləşir”, – deyə sakin bildirib.
Başqa bir sakin isə infrastrukturun acınacaqlı vəziyyətdə olduğunu qeyd edib:
“Yollar bərbad gündədir. İşıqlar çəkildikdən sonra cəmi üç gün yandı, daha sonra isə demək olar ki, bütün küçələr zülmət qaranlığa qərq oldu”.
#Xırdalan teqi istifadə olunub
- Xırdalanda dələduzlar ev tikmək adı ilə vətəndaşın 29 min manatını mənimsədi - Baku TV
- "Bu problem çoxdandır belədir" | 15 illik problem niyə həll olunmur? - Baku TV
- "Məni bu cür hədələyirlər" | Mənzil alan vətəndaşın başına oyun açıblar? - Baku TV
- Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV
- Yol kənarında park edilən yük avtomobilləri sakinlərin səbrini daşırdı - Baku TV
