Pleyeri seçin:

Bu ərazilərdən uzaq durun! - FHN-dən hava ilə bağlı vacib müraciət

27 aprel 2025 459 baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağıntılı keçəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bununla yanaşı, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenə yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

Hava haqqında vacib məlumat | Dövlət Xidməti açıqlama yaydı - Baku TV

Hava haqqında vacib məlumat | Dövlət Xidməti açıqlama yaydı - Baku TV

Cəmiyyət
16 fevral 2026 459 baxış
“Heç birindən xeyir görmədi mənim balam” | Bina tikən şəriklərin işi məhkəməlik oldu - Baku TV

“Heç birindən xeyir görmədi mənim balam” | Bina tikən şəriklərin işi məhkəməlik oldu - Baku TV

Cəmiyyət
15 fevral 2026 459 baxış
Ana azyaşlı qızını küçədə qoyub getdi | Sığınacağın əməkdaşı hər şeyi danışdı - Baku TV

Ana azyaşlı qızını küçədə qoyub getdi | Sığınacağın əməkdaşı hər şeyi danışdı - Baku TV

Cəmiyyət
15 fevral 2026 459 baxış
"Kim pulunu istədi, onu da..." | Maaşlarını ala bilməyən işçilər şikayətə qalxdı - Baku TV

"Kim pulunu istədi, onu da..." | Maaşlarını ala bilməyən işçilər şikayətə qalxdı - Baku TV

Cəmiyyət
15 fevral 2026 459 baxış
"1 gündə 2 qardaşımı, sonra ərimi..." | Kərkicahanda illər sonra kimlər qarşılaşdı? - KƏNDİNƏ QAYIT

"1 gündə 2 qardaşımı, sonra ərimi..." | Kərkicahanda illər sonra kimlər qarşılaşdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
15 fevral 2026 459 baxış
Müştəri nə istəyir, onu da hazırlayırıq | İnsan saçı və qanı ilə düzəldilmiş aksesuarlar

Müştəri nə istəyir, onu da hazırlayırıq | İnsan saçı və qanı ilə düzəldilmiş aksesuarlar

Cəmiyyət
14 fevral 2026 459 baxış
“1.23 m boyum var, elələri pul istəyir ki...” - "Bozbash pictures"in aktyoru niyə efirdən uzaqlaşıb?

“1.23 m boyum var, elələri pul istəyir ki...” - "Bozbash pictures"in aktyoru niyə efirdən uzaqlaşıb?

Cəmiyyət
14 fevral 2026 459 baxış
“Gözünün içinəcən yalan deyirsən” - İzzət Bağırov 1 gecədə necə məşhurlaşdı? | QAPQARA

“Gözünün içinəcən yalan deyirsən” - İzzət Bağırov 1 gecədə necə məşhurlaşdı? | QAPQARA

Cəmiyyət
14 fevral 2026 459 baxış
Yeni müavinətlər kimlərə şamil olunacaq? - Bu tarixdən etibarən... - Baku TV

Yeni müavinətlər kimlərə şamil olunacaq? - Bu tarixdən etibarən... - Baku TV

Cəmiyyət
14 fevral 2026 459 baxış
Son günlərdə baş verən ardıcıl yanğınların dayanmamasının səbəbləri nədir? - Baku TV

Son günlərdə baş verən ardıcıl yanğınların dayanmamasının səbəbləri nədir? - Baku TV

Cəmiyyət
14 fevral 2026 459 baxış
Seçilmişlər
icon