Cəmiyyət
Pleyeri seçin:

Bu gün HDQ-nin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür

22 may 2024

Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinin yaradılmasından 32 il ötür.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissə 1992-ci il mayın 22-də yaradılıb. Hərbi hissənin formalaşmasında Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi heyəti iştirak ediblər.

Birinci Qarabağ müharibəsi dövründə hərbi hissənin şəxsi heyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edib, silah və texnikasını sıradan çıxarıb, uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli mövqeləri düşməndən azad ediblər. Ümumilikdə şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və yüksək nailiyyətlər qazanıblar. Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin "N" hərbi hissəsi böyük şücaət göstərib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyektlərin mühafizə və müdafiəsini təşkil edib.

Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Qətlə yetirilən polis Mirəli Heydərovun yas mərasimində kədərli anlar

Qətlə yetirilən polis Mirəli Heydərovun yas mərasimində kədərli anlar

Cəmiyyət
24 iyun 2024
Qarabağ Universitetində yeni tədris ilinə hazırlıq | Rektordan açıqlama

Qarabağ Universitetində yeni tədris ilinə hazırlıq | Rektordan açıqlama

Cəmiyyət
24 iyun 2024
Şüvəlanda qətlə yetirilən polis Mahir Ağayevin dəfnindən görüntülər

Şüvəlanda qətlə yetirilən polis Mahir Ağayevin dəfnindən görüntülər

Cəmiyyət
24 iyun 2024
Öz həyatlarını qurban verməyə hazır olan polislərimizin fədakarlığı - BAKU AKTUAL

Öz həyatlarını qurban verməyə hazır olan polislərimizin fədakarlığı - BAKU AKTUAL

Cəmiyyət
24 iyun 2024
Hansı sənəd razılaşdırıldı? - Qoşulmama Hərəkatının gənclərini bir araya gətirən səbəb

Hansı sənəd razılaşdırıldı? - Qoşulmama Hərəkatının gənclərini bir araya gətirən səbəb

Cəmiyyət
24 iyun 2024
Şüvəlanda qətlə yetirilən polis Eldəniz Məmmədov dəfn olundu

Şüvəlanda qətlə yetirilən polis Eldəniz Məmmədov dəfn olundu

Cəmiyyət
24 iyun 2024
O adamı Allah da bağışlamaz | Qətlə yetirilən polisin atasından duyğulandıran sözlər

O adamı Allah da bağışlamaz | Qətlə yetirilən polisin atasından duyğulandıran sözlər

Cəmiyyət
24 iyun 2024
Şüvəlanda qətlə yetirilən polis Mahir Ağayev Binədə dəfn edildi

Şüvəlanda qətlə yetirilən polis Mahir Ağayev Binədə dəfn edildi

Cəmiyyət
24 iyun 2024
Xankəndi Şəhər Prokurorluğunun inzibati binası istifadəyə verildi

Xankəndi Şəhər Prokurorluğunun inzibati binası istifadəyə verildi

Cəmiyyət
24 iyun 2024
Şüvəlanda dəhşətli atışma | İran müharibəyə başlayacaq? | Paşinyandan döyüş açıqlaması - SALAM BAKU

Şüvəlanda dəhşətli atışma | İran müharibəyə başlayacaq? | Paşinyandan döyüş açıqlaması - SALAM BAKU

Cəmiyyət
24 iyun 2024
Seçilmişlər
icon