Bu ölkənin məhsullarını alarkən diqqətli olun | AQTA-dan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Aqrokombinat Dzerjinskiy” MMC-nin istehsalı olan ümumi çəkisi 450 kiloqram dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
#Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) teqi istifadə olunub
- ABŞ istehsalı olan dondurulmuş ətdə uyğunsuzluqlar aşkarlanıb
- Məktəbdə zəhərlənmə iddiası: Şagirdlərin popkorndan zəhərləndiyi iddia olunur - Baku TV
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Yeni qaydalar fermerlərə və ət bazarına necə təsir edəcək? - Baku TV CANLI
- Adi görünən bir səhlənkarlıq kütləvi zəhərlənmə ilə nəticələnə bilər - Baku TV
