Cəmiyyət
Pleyeri seçin:
Daşkəsəndə selin fəsadları aradan qaldırılır
İyulun 1-də yağan leysan yağış və dağlardan gələn sel suları Daşkəsənin Qabaqtəpə, Əhmədli və Əmirvar kəndlərində körpülərə, əkin sahələrinə ciddi ziyan vurub.
Selin gətirdiyi iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarını yararsız hala salıb. Nəticədə bir neçə kəndlərlə əlaqə kəsilib. Selin fəsadlarının aradan qaldırılması üçün ərazilərə ağır texnikalar cəlb olunub.
Leysan yağışın fəsadları Devralı kəndində daha çox hiss olunub. Nəticədə əkin sahələrinə və meyvə ağaclarına ziyan dəyib, 10-a yaxın ev su altında qalıb. Sel onlarla xırdabuynuzlu heyvanı aparıb.
Təbii fəlakətin vurduğu ziyanın fəsadlarının aradan qaldırılması istiqamətində Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən tədbirlər görülür.
Kopyalandı
Seçilmişlər