Cəmiyyət
Pleyeri seçin:

Dəbdəbəli toy edirlər, qonaqları tanımırlar | Hanoyda küçə zibilləmək adəti - ORALARDA NECƏDİR?

26 sentyabr 2024

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 5662 kilometr uzaqlıqda yerləşən, maraqlı təbiəti, çayları, mağaraları ilə insanlara fərqli hisslər yaşadan ölkə – Vyetnam və onun paytaxtı Hanoydan bəhs olunub.

Bu məmləkətin tarixi eramızdan əvvələ gedib çıxsa da, yazılı mənbədə adı ilk dəfə olaraq 16-cı əsrdə çəkilir.

Bir çox müharibələr, müstəmləkələr görən Vyetnamın paytaxtı Hanoy isə hər tərəfdən çaylarla əhatələnib.

Bu şəhərdə 8 milyon yarım əhali yaşayır və əlbəttə ki, işə, məktəbə, görüşə – bir sözlə, hər yerə çatmaq lazımdır. Yollarda isə avtomobillər üçün qayda-qanun elə də ciddi deyil. Kim necə istəyir, elə də avtomobilləri idarə edir. Avtomobillər burada bahalıdır. Onun yerinə isə skuterlərdən istifadə olunur. Onların qiyməti 630 dollardan başlayır ki, bu da bizim pulla 1071 manat edir.

Hanoyda maraqlı məqamlardan biri də kiçik kafelərdə verilən günəbaxan tumlarıdır. İnsanlar buraya ancaq kofe və kruassan üçün yox, həm də tum çırtlamaq üçün gəlirlər. Özü də bu tumların qabıqlarını yerə atırlar.

Bir zamanlar bizdə də belə idi, bəlkə elə indi də şəhəri bu cür zibilləyənlər var. Amma Hanoyda bunu elə indi də açıq formada etmək qəbahət deyil.

Hanoy əhalisinin bizimlə daha bir oxşar cəhəti isə min nəfərlik tamtəraqlı toy edərək hər kəsi bu xoş günə dəvət etmək sevgisidir.

Belə ki, evlənən cütlüklərin valideynləri tanıdıqları hər kəsi toya dəvət edirlər. Həmin insanlar yaxınlıqdakı mağazanın satıcısı, qonum-qonşu, uşaqlıq dostları da ola bilər. Elə bu səbəbdən evlənənlər toydakı qonaqların yarıdan çoxunu tanımırlar.

Belə bir məclis Hanoyda 29 500 dollara, bizim pulla 50 150 manata başa gəlir.

Yemək məsələsində isə hanoylular bizə uduzurlar. Məclisdə bir az qəlyanaltı və bir qədəh şampan şərabı ilə kifayətlənirlər.

Şənlik 3 saat davam edir. Qonaqlar isə toya bizdə olduğu kimi pul salırlar. Buna görə də yeni evlənənlər ziyana düşmürlər.

Hanoy əhalisi dadlı yeməkləri, xoşniyyətli insanları, qiymətlərin ucuz olması, təhlükəsiz şəhərləri ilə fəxr edirlər. Ən əsası dünyaya bir dəfə gəldiklərinin fərqinə vararaq öz həyatlarını yaşayırlar.

Sahil Babayev əməkhaqqının az olmasından danışdı | Əsas problemlər açıqlandı

Sahil Babayev əməkhaqqının az olmasından danışdı | Əsas problemlər açıqlandı

Cəmiyyət
21 noyabr 2024
COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Önəmli faktlar açıqlandı

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Önəmli faktlar açıqlandı

Cəmiyyət
21 noyabr 2024
Qanunsuz tikinti işləri aparanların nəzərinə | Torpaq məcəlləsində mühüm dəyişiklik

Qanunsuz tikinti işləri aparanların nəzərinə | Torpaq məcəlləsində mühüm dəyişiklik

Cəmiyyət
21 noyabr 2024
İşsizliyə görə ödəniş alanların diqqətinə | 2025-ci il üçün planlar açıqlandı

İşsizliyə görə ödəniş alanların diqqətinə | 2025-ci il üçün planlar açıqlandı

Cəmiyyət
21 noyabr 2024
Ətdən imtina etmədən ətraf mühiti necə qorumaq olar?

Ətdən imtina etmədən ətraf mühiti necə qorumaq olar?

Cəmiyyət
21 noyabr 2024
Artımlar nə qədər insanı əhatə edəcək? - Sosial paket barədə detallar

Artımlar nə qədər insanı əhatə edəcək? - Sosial paket barədə detallar

Cəmiyyət
21 noyabr 2024
Özü kiçik, effekti böyük cihaz | Qəzalardan qorunmaq istəyirsinizsə...

Özü kiçik, effekti böyük cihaz | Qəzalardan qorunmaq istəyirsinizsə...

Cəmiyyət
21 noyabr 2024
Yoqanın insana inanılmaz faydaları sübut edildi | Bir nəfəslə bütün stresdən azad olun

Yoqanın insana inanılmaz faydaları sübut edildi | Bir nəfəslə bütün stresdən azad olun

Cəmiyyət
21 noyabr 2024
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? | Detallar açıqlandı

Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? | Detallar açıqlandı

Cəmiyyət
21 noyabr 2024
Dünya Güləş Birliyi tərəfindən yaradılan yeni Komitəyə seçilən prezident kimdir?

Dünya Güləş Birliyi tərəfindən yaradılan yeni Komitəyə seçilən prezident kimdir?

Cəmiyyət
21 noyabr 2024
Seçilmişlər
icon