Pleyeri seçin:

Dünya çempionları nədə ittiham olunur?

01 oktyabr 2024 219 baxış

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəb və dünya çempionu Elman Mirzəyevin cinayət işinin ilk məhkəmə baxış iclası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim barəsində həbs olmayan qətimkan tədbiri seçilmiş dünya çempionu Elman Mirzəyevə prosesə gecikdiyinə görə sonuncu dəfə xəbərdarlıq edib.

Sonra dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilənlərə ittiham elan edib. İdmançılar özlərini təqsirli bilməyiblər.

Məhkəmədə zərərçəkənlərlə təqsirləndirilənlərin çarpaz dindirilməsi ilə bağlı qərar qəbul edilib. Proses oktyabrın 14-dək təxirə salınıb.

İbtidai istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilənlər etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq ediblər.

Belə ki, Səbuhi Rəcəb və tanışı Elman Mirzəyev 2019-cu ilin iyul ayının sonlarında Həsən Yaqubovun etibarından sui-istifadə edərək paytaxtın Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən 3000 kvadratmetr sahəli obyektə xüsusi mülkiyyət formasında çıxarış alacaqlarına dair yalan vəd verib aldadaraq İntiqam Osmanov vasitəsilə göndərilən 146 000 manat pulu alıb, zərərçəkmişə qarşı dələduzluq ediblər.

Bundan başqa, onlar təkrarən 2019-cu ilin sentyabr ayında Dövlət Əmlakının Reyestri Xidməti binasının qarşısında Ramin Sevdiməliyevin etibarından sui-istifadə edərək Sumqayıtda yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət formasında çıxarış alacaqlarına dair yalan vəd verib aldatmaqla ümumilikdə 380 000 min manat pul alaraq dələduzluq ediblər.

Bununla yanaşı, hər iki təqsirləndirilən daha bir neçə fakt üzrə dələduzluq edərək vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunurlar.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 219 baxış
Seçilmişlər
icon