Pleyeri seçin:

“Əl yandıran” dərman qiymətləri ucuzlaşacaq? - Qiymət fərqinin səbəbləri...

02 avqust 2025 555 baxış

Azərbaycanda bir çox dərmanların qiyməti vətəndaşların cibini yandırır. Xarici ölkələrdə daha ucuz başa gələn preparatlar yerli apteklərdə iki dəfə baha qiymətə təklif olunur.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, ölkədə dərman preparatlarının qiymətləri optimallaşdırılmalı və daha çox istehlak olunan dərmanların qiymətləri aşağı salınmalıdır. Onun fikrincə, bu istiqamətdə yerli istehsalın təşkili əsas prioritet olmalıdır.

“Yerli istehsal maya dəyərinin azalmasına, nəticədə qiymətlərin də aşağı düşməsinə səbəb ola bilər”, – deyə deputat bildirib.

Tibb elmləri doktoru Adil Qeybulla isə qiymət fərqini idxal prosesi ilə izah edir:

“Dərman xaricdən gəlir, gömrükdən keçir, sahibkar üzərinə xərclər qoyur, vergilər əlavə olunur. Bu da qiymət artımına səbəb olur. Bəzən Tarif Şurası bu qiymətlərə məcburi qaydada müdaxilə edir”.

Səhiyyə Nazirliyindən isə bildirir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarına əsasən, ölkədə dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.

“Dərmanlar laborator analizlərdən keçirilir, keyfiyyətə dair rəy əsasında onların dövriyyəyə buraxılması qərara alınır”, ‒ deyə qurumun açıqlamasında vurğulanıb.

İqtisadiyyat Nazirliyi də mövzu ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Bildirilir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən rübdə azı bir dəfə nəzərdən keçirilir:

“Qiymətlər müəyyən edilərkən preparatın tərkibi, dozası, farmasevtik forması, qablaşdırılması və istehsal ölkəsi nəzərə alınır”.

Məktəbə gedən yolda dözülməz vəziyyət | Sakinlərin səsinə səs verən olacaq? - Baku TV

Məktəbə gedən yolda dözülməz vəziyyət | Sakinlərin səsinə səs verən olacaq? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
"Toz əlindən göz gözü görmür" | Xırdalanda təhlükə saçan sex sakinləri özündən çıxardı - Baku TV

"Toz əlindən göz gözü görmür" | Xırdalanda təhlükə saçan sex sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? - AKTUAL GÜNDƏM

Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
“O dəfə zorla qaçırtdım” | Bu körpü hər an uça bilər! - “30-40 tonluq maşınlar keçir” - Baku TV

“O dəfə zorla qaçırtdım” | Bu körpü hər an uça bilər! - “30-40 tonluq maşınlar keçir” - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI

Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
“Azərbaycana gəlməyimizdə səbəb...” | Yüksel Utar din xadimlərinin səfərindən danışdı - Baku TV

“Azərbaycana gəlməyimizdə səbəb...” | Yüksel Utar din xadimlərinin səfərindən danışdı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI

Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 555 baxış
Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV

Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 555 baxış
Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT

Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
06 sentyabr 2026 555 baxış
Seçilmişlər
icon