Pleyeri seçin:

Elə pulu öz azərbaycanlılarımıza versinlər də! | Deputat Aqil Abbas AFFA-ya əsəbiləşdi

18 iyun 2024 607 baxış

“Xaricdən gətirilən futbol mütəxəssislərinə AFFA-nın milyonlarla dollar maaş verməsi ictimaiyyətdə birmənalı qarşılanmır.Futbolsevərlər haqlı olaraq deyirlər ki, xaricdən gələn baş məşqçilərə yüksək qonorar ödənilsə də, futbolda, əsasən də millinin işində ciddi nailiyyət yoxdur. Belə olan halda bahalı baş məşqçi təcrübəsindən niyə imtina edilmir?”.

Deputat Aqil Abbas yerli mediaya açıqlamasında bizə 69 yaşlı Fernandu Santuşun lazım olmadığını bildirib.

O, AFFA-nın F.Santuşu məşqçi kimi gətirməsinə pis baxdığını və qınadığını bildirib:

“Gedib, məşqçi kimi 69 yaşlı qocanı gətiriblər. Hansı ki, adamın bir dəfədən artıq uğuru da yoxdur. Gəzə-gəzə gəlib Azərbaycana çıxdı. Allah xeyir versin. Daha nə deyə bilərəm? Düzdür, hər şey təkcə baş məşqçidən asılı deyil.

Etiraf edək ki, Azərbaycanda futbol inkişaf etməyib, yeni nəsil yetişmir, milli kadrlarımız azdır. Təsəvvür edin, hər komandada 8-9 legioner var. Milli komandadırsa, elə özümüzünkiləri yetişdirin, oynasınlar da. Ona görə də gərək futbol inkişaf edə ki, baş məşqçi nəsə edə bilsin. Amma məşqçi özünü tanıtmalıdır. Pul alıb, vaxt keçirməli deyil”.

A.Abbas xaricdən gələn baş məşqçiləri qəbul etmədiyini deyib:

“Mən AFFA deyiləm və bu mənim şəxsi fikrimdir. Azərbaycanın 10 milyon vətəndaşından biri kimi deyirəm ki, bizə xaricdən gələn “mütəxəssis” lazım deyil. Mənim də futboldan az-çox başım çıxır. Cianni De Byazidən, F.Santuşdan və digər gələnlərdən daha yaxşı anlayışım var. Azərbaycanın özünün yaxşı kadrları çoxdur. Onlara şans və vaxt verilməlidir. Burada Ayxan Abbasov, Tərlan Əhmədov, Samir Abasov kimi yaxşı məşqçiləri nümunə kimi göstərə bilərəm. Elə pulu və dəyəri öz azərbaycanlılarımıza versinlər də!”.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 607 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 607 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 607 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 607 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 607 baxış
Seçilmişlər
icon