Cəmiyyət
Pleyeri seçin:
Emin Əmrullayevdən sertifikasiyadan keçə bilməyənlərlə bağlı açıqlama
Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq: “Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur”.
Kopyalandı
Seçilmişlər