Ermənilər delimitasiyanı gecikdirmək üçün... | Proses necə tamamlanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Burada vacib olan delimitasiyanın başlamasıdır və proses 15 mayadək davam edəcək. Ondan sonra isə DSX-nın bölmələri müəyyən olunmuş sərhədi təhvil alacaq”.
Bu sözləri DSX-nin Qazaxın Ermənistandan təhvil alınan 4 kəndi tam nəzarətə götürəcəyi tarix haqqında danışan hərbi ekspert Elxan Şıxəliyev deyib.
“İlk olaraq sərhəd dirəkləri basdırılmalı, sonra ərazini DSX nəzarətə götürməli, onların arxasında isə Azərbaycan Ordusunun yeni mövqeləri və infrastruktur qurulmalıdır. İnfrastrukturun qurulmasına təminat yollarının çəkilməsi, müşahidə postlarının qoyulması, kazarmaların inşası və s. daxildir.
Bütün sadalananları nəzərə alsaq, prosesin 2-3 ay vaxt alacağını demək olar. Hazırda Ermənistanda bunu əngəlləmək istəyənlərin təşkil etdikləri iğtişaşların da vaxt itkisinə səbəb olduğunu nəzərə almalıyıq”, – ekspert qeyd edib.
#Qazax teqi istifadə olunub
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
