Pleyeri seçin:

Etirazlara səbəb olan Azərbaycan filmi hansı idi? - Filmlərimizdə polis mövzusu | ARAŞDIRMA

02 iyul 2024 624 baxış

Azərbaycan kinosunda polis mövzusundan danışarkən, mütləqdir ki, bu obrazı dövrlərə bölək.

Çarizm dövrünü əks etdirən Azərbaycan filmlərində polisləri naçalniklər və qorodovoylar əvəzləyib. Şəhər polisi mənasını verən ən parlaq qorodovoy obrazını “Evlənmək istəyirəm” filmində görmək olar.

Əliağa Ağayevin oynadığı Qorodovoy Kərbəlayi Zal 25 ildən artıq idi ki, polis idarəsində xidmət edirdi. Kəbleyi illərdir ki, uğursuz karyeradan əziyyət çəkir. Ömründə bircə gün əlinə fürsət düşür ki, iş başında cinayətkar yaxalasın. O, fit çalaraq bütün iş yoldaşlarını səsləyir. Deyir ki, Feyzullanın çuvallarının içində bomba var. Qorodovoylar çuvalları açıb baxanda görürlər ki, içində bomba yox, qarpız var. Bununla da ləqəbi “Bomba Rabatay” qalan Kərbəlayi Zalın uğursuz karyerası bitir və səhər Kəbleyini qulluqdan xaric edirlər.

Sovet dövründə çəkilmiş Cümhuriyyət dönəmini əks etdirən filmlərimizdə Azərbaycan polisi birmənalı olaraq qəddar və mənfi personaj kimi göstərilir. “Qatır Məmməd”, “İşarəni dənizdən gözləyin” filmlərini buna misal çəkmək olar. “Qatır Məmməd” filmində daxili işlər naziri Fətəli xan Xoyskinin obrazını İsmayıl Dağıstanlı canlandırır. Müstəqillik illərində çəkilmiş “Son iclas” filmində isə biz Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun obrazını görə bilərik.

80-ci illərədək çəkilmiş bütün Azərbaycan filmlərində “milis” adlandırılan sovet polisinin qəhrəman obrazı yaradılıb. “Bir cənub şəhərində” filmində Sadıq Həsənzadənin oynadığı Mustafa obrazı bizə fağır və kasıb sahə müvəkkilini göstərir. Filmin qəbiristanlıq epizodunda Mustafa əmi Muraddan 1 manat borc alır. Üstəlik, onun evdə də güzəranı çox pis keçir, Mustafa əmidən narazı olan arvadı bütün günü deyinir. Senzura filmə qadağa qoymaq istəsə də, Heydər Əliyevin sayəsində film ekranlara çıxarılır.

Bu mənada “İstintaq davam edir” filmi milli təhlükəsizliyin qorunmasında iştirak edən Azərbaycan çekistlərinin və millisinin fəaliyyətindən bəhs edir. “Arxadan vurulan zərbə”, “İstintaq” kimi filmlərimizdə müstəntiqlərin uzun axtarışlardan sonra aşkarladığı cinayətkarı sonda milis işçiləri həbs edir.

Müstəqilliyimizin ilk illərində çəkilmiş filmlərdə polislərin əsasən səriştəsiz və yumoristik obrazları yaradılıb. Buna “Bəxt üzüyü”, “Yuxu”, “Ölüm növbəsi” filmlərini misal göstərmək olar. Lakin sonrakı illərdə çəkilmiş “Dolu”, “Əlavə təsir” filmlərində Azərbaycan polisinin əsl siması ustalıqla göstərilir. “Dolu”da Fərhad İsrafilovun yaratdığı polis rəisi obrazı Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşan Azərbaycan polislərinin ümumiləşdirilmiş obrazıdır. 

AQTA ucuz qiymətə satılan yumurtalarla bağlı məsələyə aydınlıq gətirib - Baku TV

AQTA ucuz qiymətə satılan yumurtalarla bağlı məsələyə aydınlıq gətirib - Baku TV

Cəmiyyət
02 iyul 2026 624 baxış
Doğma yurdunda torpağa tapşırılan şəhidin dəfn mərasimindən görüntülər | Xaçmaz - Baku TV

Doğma yurdunda torpağa tapşırılan şəhidin dəfn mərasimindən görüntülər | Xaçmaz - Baku TV

Cəmiyyət
02 iyul 2026 624 baxış
Müəllimlərdən kəskin etiraz | "Bizə bunu zorla qəbul etdirmək istəyir" - Baku TV

Müəllimlərdən kəskin etiraz | "Bizə bunu zorla qəbul etdirmək istəyir" - Baku TV

Cəmiyyət
02 iyul 2026 624 baxış
"O düşən kərpiclər sanki qızıldır" | Xanın xatirəsini yaşadan saray niyə bu haldadır? - Baku TV

"O düşən kərpiclər sanki qızıldır" | Xanın xatirəsini yaşadan saray niyə bu haldadır? - Baku TV

Cəmiyyət
02 iyul 2026 624 baxış
56° istidə insanları Həccə aparan nədir? | Yazıçı ziyarətdən sonra nələri dərk etdi? - AMİN

56° istidə insanları Həccə aparan nədir? | Yazıçı ziyarətdən sonra nələri dərk etdi? - AMİN

Cəmiyyət
01 iyul 2026 624 baxış
"Araz" supermarketlər şəbəkəsində minlərlə məhsula möhtəşəm endirimlər - Baku TV

"Araz" supermarketlər şəbəkəsində minlərlə məhsula möhtəşəm endirimlər - Baku TV

Cəmiyyət
01 iyul 2026 624 baxış
Yaradıcı ruhlu tələbələrin bir-birindən maraqlı əsərləri nümayiş edildi - Baku TV

Yaradıcı ruhlu tələbələrin bir-birindən maraqlı əsərləri nümayiş edildi - Baku TV

Cəmiyyət
01 iyul 2026 624 baxış
"Bu yollara baxsınlar, düzəltsinlər" | Masazırda gediş-gəliş niyə problemə çevrilib? - Baku TV

"Bu yollara baxsınlar, düzəltsinlər" | Masazırda gediş-gəliş niyə problemə çevrilib? - Baku TV

Cəmiyyət
01 iyul 2026 624 baxış
"Diplomunu alacaqdı, raket düşüb..." | Həlak olan tələbənin əmisi ürəkləri dağladı - Baku TV

"Diplomunu alacaqdı, raket düşüb..." | Həlak olan tələbənin əmisi ürəkləri dağladı - Baku TV

Cəmiyyət
01 iyul 2026 624 baxış
Ermənistan vətəndaşlarının müdafiəçiləri məhkəmədən nə istədi? - Baku TV

Ermənistan vətəndaşlarının müdafiəçiləri məhkəmədən nə istədi? - Baku TV

Cəmiyyət
01 iyul 2026 624 baxış
Seçilmişlər
icon