Cəmiyyət
Pleyeri seçin:

Fərdi yaşayış evi tikənlərin diqqətinə! | Ekspertdən mühüm açıqlama

13 avqust 2024

Ev tikintisinə başladıqdan sonra müxtəlif qurumların işlərin aparılmasına icazə verməməsindən çoxları şikayət edir.

Bununla da vətəndaş ya tikintini davam etdirmək üçün müxtəlif yollarla razılıq əldə etməli, ya da tikintini yarımçıq saxlamalı olur. Hətta işi davam etdirib başa çatdıranların da bir çoxu sonda evi sənədləşdirməyə nail ola bilmir.

Görünən odur ki, fərdi ev tikintisinə başlayanların əksəriyyəti bu sahədəki qanunvericilik barədə məlumatlı deyil.

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, torpaq sahəsində təyinatı üzrə mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımların uzunluğu 6 metrdən çox olmayan evlərin tikintisi ilə bağlı icazə tələb olunmur. Bunun üçün müvafiq qurumları məlumatlandırmaq kifayətdir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər hansı fərdi yaşayış evinin tikintisi üçün mütləq şəkildə tikinti aparılacaq ərazinin torpağının çıxarışı olmalıdır:

“Daha sonra vətəndaş tikəcəyi fərdi yaşayış evinin layihəsini memarlıq şirkətlərinin birinə çatdıraraq ümumi sənədlərin toplusunu, yəni çıxarışın, layihənin və şəxsiyyət vəsiqəsinin sürətini aidiyyəti qurumlara göndərir.

Həmin sənədlər toplusunu Dövlət Şəhərsalma və Arxitektura Kompleksi ilə bərabər, həmçinin yerli icra hakimiyyətinin memarlıq şöbəsi də görə bilir. Əgər layihə torpaq sahəsinə uyğun çəkilibsə və tikinti normativləri tam dolğun özünü əks etdiribsə, vətəndaş bəlli bir zamandan sonra həmin tikintiyə başlaya bilər”.

Əgər layihələndirmə düzgün aparılmayıbsa, o cümlədən sıxlıq əmsalına əməl edilməyibsə, 10 gün müddətində vətəndaşa həmin problemlərin aradan qaldırılması ilə barədə xəbərdarlıq edilir.

Deyilənlərə əməl edildikdən sonra tikintiyə başlamaq olar. Burada sıxlıq əmsalı dedikdə tikilinin sahəsinin və altındakı ərazisinin torpağın sahəsinə olan nisbəti nəzərdə tutulur. Belə ki, tikilinin altındakı ərazi torpağın sahəsinin 40 faizindən, tikilinin ümumi sahəsi isə 60 faizindən çox olmamalıdır.

Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Mübariz torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Mübariz torpağa tapşırıldı

Cəmiyyət
20 sentyabr 2024
SOCAR-ın kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

SOCAR-ın kollektivi peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Cəmiyyət
20 sentyabr 2024
Sahibkarlığın İnkişafı Fondu nə üçün var? - Osman Xaliyev narazılıqlardan danışdı | RƏSMİ CAVAB

Sahibkarlığın İnkişafı Fondu nə üçün var? - Osman Xaliyev narazılıqlardan danışdı | RƏSMİ CAVAB

Cəmiyyət
20 sentyabr 2024
Qarabağ Universitetinin rektoru son proseslərdən danışdı | Yüksək bal toplayanların sayı çoxdur

Qarabağ Universitetinin rektoru son proseslərdən danışdı | Yüksək bal toplayanların sayı çoxdur

Cəmiyyət
20 sentyabr 2024
Bundan gözəl heç nə ola bilməz | Xocalı sakinləri təəssüratlarını bölüşdü

Bundan gözəl heç nə ola bilməz | Xocalı sakinləri təəssüratlarını bölüşdü

Cəmiyyət
20 sentyabr 2024
Qalıqları tapılan hərbçimiz Sumqayıtda dəfn olundu | Ruhu şad olsun ki...

Qalıqları tapılan hərbçimiz Sumqayıtda dəfn olundu | Ruhu şad olsun ki...

Cəmiyyət
20 sentyabr 2024
Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndində nələr tikiləcək?

Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndində nələr tikiləcək?

Cəmiyyət
20 sentyabr 2024
Baku TV Xankəndidə | Tezliklə bu məktəbdən də zəng səsi gələcək

Baku TV Xankəndidə | Tezliklə bu məktəbdən də zəng səsi gələcək

Cəmiyyət
20 sentyabr 2024
Qarabağ Universitetinin ilk tələbələri | Xankəndidə ilk dəfə şəhər günü keçirilir

Qarabağ Universitetinin ilk tələbələri | Xankəndidə ilk dəfə şəhər günü keçirilir

Cəmiyyət
20 sentyabr 2024
“Bütün rəqiblər mənə qarşı hazırlıq görür” | Eduard Məmmədov

“Bütün rəqiblər mənə qarşı hazırlıq görür” | Eduard Məmmədov

Cəmiyyət
20 sentyabr 2024
Seçilmişlər
icon