Hərbi hissələrdəki məhdudiyyətlə bağlı müraciət | Müdafiə Nazirliyinin məlumatı
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyətlər qoyulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır.
“Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə müraciətdə bildirilib.
Əlavə edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Yaşar Gülər Kərim Vəliyevlə "Atəş sərbəst-2025" təlimini izlədi
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
