İllərin yol problemini sakinlər məcbur qalıb özləri həll edir - Baku TV
Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Ülvi Bünyadzadə küçəsində illərdir asfalt problemi yaşanır.
Sakinlər bildirirlər ki, yolun vəziyyətini yaxşılaşdırmaq üçün dəfələrlə öz hesablarına müxtəlif materiallar tökdürərək təmir aparmağa çalışıblar. Lakin görülən işlər problemin köklü həllinə imkan verməyib.
Vətəndaşların sözlərinə görə, xüsusilə yağışlı havalarda küçədə hərəkət etmək daha da çətinləşir. Asfaltın olmaması səbəbindən yol palçığa çevrilir, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşır.
Yolun vəziyyəti piyadalar üçün də ciddi çətinlik yaradır. Sakinlərdən biri bu ərazidə yıxılaraq ayağından xəsarət aldığını deyir.
Sakinlər həmçinin qeyd edirlər ki, taksi sürücüləri ünvana gəlməkdən çəkinir, təcili tibbi yardım və digər xidmət avtomobillərinin əraziyə çatması isə çətinləşir.
#Yeni Ramana qəsəbəsi teqi istifadə olunub
