Cəmiyyət
Pleyeri seçin:

İmtahanlarla bağlı yeniliklər | Məleykə Abbaszadə açıqladı

08 may 2024

Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakıda yeni imtahan korpusu ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub:

“Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq”.

DİM sədri bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: “Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar yeni korpusda keçiriləcək”.

Məleykə Abbaszadə bildirib ki, təkcə regional bölmələrə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradılacaq:

“Çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq”.

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Musiqi məktəbindəki məsələ ilə bağlı nazirlikdən açıqlama | Gəncə

Cəmiyyət
19 may 2024
Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqladı | Hava haqqında məlumat

Cəmiyyət
19 may 2024
Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Selektiv abortlara şərait yaradılır? | Ekspertlərdən açıqlama

Cəmiyyət
19 may 2024
Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Zabux kəndində 32 il sonra toy sədası | Laçınlılar Baku TV-yə danışdı

Cəmiyyət
18 may 2024
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı

Cəmiyyət
18 may 2024
Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Hərbçilərimiz Türkiyədə keçirilən "EFES-2024" təlimlərində iştirak etdi

Cəmiyyət
18 may 2024
Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Baku TV çəkdi, AYNA problemlə bağlı hərəkətə keçdi

Cəmiyyət
18 may 2024
Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Heydər Əliyev Fondunun dəstəyi ilə təmir edilmiş Zəngilan məscidi

Cəmiyyət
18 may 2024
Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Vəng kəndindən eksklüziv görüntülər | Baku TV Kəlbəcərdə

Cəmiyyət
18 may 2024
Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Yüksək vəzifə verilən Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Cəmiyyət
18 may 2024
Seçilmişlər
icon