Cəmiyyət
Pleyeri seçin:

İslamdan öncə qadınları... | Valideyn-övlad münasibətlərinin dində yeri - AMİN

23 oktyabr 2024 29 baxış

Baku TV-də “Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışında valideyn-övlad münasibətləri mövzusu ətrafında müzakirə aparılıb.

İlahiyyatçı İbrahim Quliyev atanın rolundan söz açarkən qeyd edib ki, kişilər ailənin dirçəldilməsində cavabdehdirlər:

“Şəriət nöqteyi-nəzərindən təhlil etdikdə görürük ki, Allah atanı daha çox məsuliyyətə cəlb edib. Təlim-tərbiyə məsələsində də, xüsusilə də oğlan uşaqlarının tərbiyəsində atanın rolu daha çox olmalıdır. Müasir dövrdə məktəblərdə daha çox qadın müəllimlərin olması oğlan uşaqlarında müəyyən problemlərin əmələ gəlməsinə səbəb olur”.

Aparıcı və filosof Müşfiq Ötgün qeyd edib ki, valideynlərlə rabitən pozulursa, Allahla da rabitən pozulur. Çünki valideyn Yaradanın insana verdiyi ilk lütfdür. Onları seçmirik və kimlərsə bizim ən zəif halımızda qayğımıza qalır.

İbrahim Quliyev diqqətə çatdırıb ki, İslamdan öncə qadına yuxarıdan aşağı münasibət var idi, onun heç bir hüququ yox idi:

“Lakin İslamda anaya daha çox vəzifə verilib. Ananın övladını tərbiyə etməkdə xüsusi rolu var. Hədis mənbələrinə baxdığımız zaman görürük ki, ana bətninə körpə düşən zamandan onun tərbiyəsi ilə məşğul olmalıdır.

Ananın məsuliyyəti ailədə daha böyükdür. Hətta onun ev işlərini görməsi belə icbari deyil. Bütün bunlar onu göstərir ki, İslamda digər mədəniyyətlərə nisbətən anaya münasibət fərqlidir”.

Şair Aqşin Yenisey verilişdə ataya qarşı münasibətdən danışıb. O qeyd edib ki, ataya qarşı çıxmaq düzgün deyil və bu, əxlaqa ziddir:

“40 yaşlı oğullar belə psixoloji cəhətdən, həm də adət-ənənənin tələblərinə görə atadan asılılığı olmasa da, özünü ondan asılı kimi aparmalıdır”.

Sakinlərə şad xəbər | Deputat veriləcək məbləğlə bağlı detalları açıqladı

Sakinlərə şad xəbər | Deputat veriləcək məbləğlə bağlı detalları açıqladı

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Bədbəxt hadisə ilə üzləşən 12 yaşlı qız 2 həftə sonra komadan ayıldı

Bədbəxt hadisə ilə üzləşən 12 yaşlı qız 2 həftə sonra komadan ayıldı

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Azərbaycanın ən qeyri-adi ərazilərindən biri | Yaxınlarımızdan kimsə öləndə...

Azərbaycanın ən qeyri-adi ərazilərindən biri | Yaxınlarımızdan kimsə öləndə...

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Ukrayna məhz onu ələ keçirmək istəyir | Zəkərya Əliyev kimdir?

Ukrayna məhz onu ələ keçirmək istəyir | Zəkərya Əliyev kimdir?

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Yuxu üçün qəbul etdiyiniz həblərdə yeni təhlükə | Alimlər xəbərdarlıq etdi

Yuxu üçün qəbul etdiyiniz həblərdə yeni təhlükə | Alimlər xəbərdarlıq etdi

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Onların da yurd həsrəti bitdi | Cəbrayıla növbəti köç karvanı yola salındı

Onların da yurd həsrəti bitdi | Cəbrayıla növbəti köç karvanı yola salındı

Cəmiyyət
13 yanvar 2025 29 baxış
Qidaların daha uzun müddət saxlanması üçün soyuducudan düzgün istifadə qaydaları

Qidaların daha uzun müddət saxlanması üçün soyuducudan düzgün istifadə qaydaları

Cəmiyyət
12 yanvar 2025 29 baxış
Hər adamın əlinin altında yatmayanı sev | Məhəbbət Dəmirçiyeva unuda bilməyəcəyi hadisədən danışdı

Hər adamın əlinin altında yatmayanı sev | Məhəbbət Dəmirçiyeva unuda bilməyəcəyi hadisədən danışdı

Cəmiyyət
12 yanvar 2025 29 baxış
Mütəxəssislərdən işlənmiş qidalarla bağlı vacib xəbərdarlıq

Mütəxəssislərdən işlənmiş qidalarla bağlı vacib xəbərdarlıq

Cəmiyyət
12 yanvar 2025 29 baxış
Yollarda görmə məsafəsi məhdudlaşacaq | Hidrometeorologiya xidmətindən xəbərdarlıq

Yollarda görmə məsafəsi məhdudlaşacaq | Hidrometeorologiya xidmətindən xəbərdarlıq

Cəmiyyət
12 yanvar 2025 29 baxış
Seçilmişlər
icon