Pleyeri seçin:

Koronavirus xəstələrinin artacağı ilə bağlı xəbərdarlıq

25 avqust 2023 478 baxış

2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının başa çatdığını elan edib.

Amma bu o demək deyil ki, təhlükə keçib. Üç ildən artıqdır davam edən koronavirus pandemiyası qlobal səhiyyə sistemi üçün ciddi sınaq olub. İndiyədək azı 20 milyon insanın öldüyü təxmin edilir. Rəsmi rəqəmlər isə bu sayın 7 milyon olduğunu göstərir.

Azərbaycanda isə dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində vəziyyət dərhal nəzarətə götürülüb, xəstəliyin profilaktikası, insanların təhlükəsizliyinin təmin edilməsi, müalicəsi istiqamətində əsaslı addımlar atılıb. Bu dövr ərzində Azərbaycanda 830 mindən artıq şəxs koronavirusa yoluxub, 10 mindən artıq şəxs vəfat edib, 800 mindən çox insan isə müalicə alaraq sağalıb.

Koronavirus daim mutasiyaya uğrayır və yeni ştamların ortaya çıxması dünya əhalisini narahat edir. Bu ilin fevral ayında yüksək paylanma effektivliyi ilə EG.5 növü olan “Eris” qeydə alınıb. Bu, “Omikron” ştamının yeni versiyasıdır. Simptomlar klassikdir: öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq.

Əvvəlki aylarla müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayı bir qədər artıb. Payız mövsümündə virus infeksiyalarında artım gözlənilir və buna uyğun olaraq koronaviruslu xəstələrin sayı bir qədər də artacaq.

Ümumdünya Səhiyyə Təşkilatı son bir ayda dünyada COVID-19-a yoluxma hallarının 63% artdığını bildirib. İyulun 17-dən avqustun 13-dək 1,4 milyon insan bu virusa yoluxub. Hətta ABŞ-nin bəzi ştatlarında məcburi maska rejiminin tətbiqinə başlanılıb.

EG.5 variant infeksiyalarında artım əsasən ABŞ, Avropa və Qərbi Sakit Okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini proqnozlaşdırırlar.

Koronavirusla bağlı vəziyyət Azərbaycan Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının da daim diqqət mərkəzindədir.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 478 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 478 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 478 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 478 baxış
Seçilmişlər
icon