Laçında ilk dəfə buraxılış imtahanı keçirildi
Martın 10-da Dövlət İmtahan Mərkəzi Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib.
Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.
Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. 4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Buraxılış imtahanı Zabux kənd tam orta məktəbində də uğurla başa çatıb.
#Qarabağ teqi istifadə olunub
- Qarabağa beynəlxalq axın | 37 ölkədən 79 səyyah Ağdama gəldi - Baku TV
- Xankəndidə keçirilən "Bahar nəğməsi" festivalından görüntülər - Baku TV
- Qarabağdan həmrəylik alovu yüksəlir - Baku TV
- İlham Əliyev Xanoba sakinləri ilə söhbətləşdi - Baku TV
- Ağdam şəhər 1 nömrəli tam orta məktəbin açılışı olub - Baku TV
