Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur
Yeniliklərdən dərhal xəbərdar olun
“Vətən müharibəsindən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb”.
Bu sözləri Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Əsmər Nəcməddinqızı Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, köç prosesi baş tutduqca diqqətdə saxlanılan əsas məsələlərdən biri də burada məskunlaşan vətəndaşların sosial dəstək tədbirləri ilə təmin olunması, eyni zamanda onların dayanıqlı məşğulluğunun təminatıdır:
“İlk günlərdən başlayaraq Dövlət Məşğulluq Agentliyi də bu prosesdə aktiv şəkildə iştirak edir”.
“Artıq təkcə Laçın rayonunda 74 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə bu rəqəm 420-ni keçib”, − deyə Əsmər Nəcməddinqızı əlavə edib.
#Dövlət Məşğulluq Agentliyi teqi istifadə olunub
- 150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub
- 150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV
- Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV
- Cəbrayıldakı təsərrüfatlara mediatur | Neçə nəfər məşğulluq tədbirlərinə cəlb olunub? - Baku TV
- 11 istiqamət üzrə karyera imkanları gənclərə təqdim olunub - Baku TV
