Laçında telekommunikasiya xidmətləri bərpa edilir
İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilir ki, Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.
Qurumun açıqlamasında deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsindən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
#Qarabağ teqi istifadə olunub
- Azərbaycan və Slovakiya prezidentləri Qarabağda görülən işlərlə tanış olublar - Baku TV
- IV Şuşa Qlobal Media Forumu necə davam edir? - Əməkdaşımızdan məlumatlar - Baku TV
- "Türk bayrağı olmasa da, bura bizim Vətənimizdir" | Forum qonaqlarının Qarabağ təəssüratları
- Prezident İlham Əliyev Qarabağın bərpasında Özbəkistanın rolunu vurğuladı - Baku TV
- IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb - Baku TV
