Masallıda 200-dək atlı yarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda ənənəvi atçılıq yarışları keçirilib.
Rayon kəndlərindən birinin ərazisindəki cıdırda baş tutan yarışlarda iştirak etmək üçün Masallıdan, eləcə də ətraf rayonlardan 200-dək çapar qatılıb.
Münsiflərin seçimindən sonra onlardan 30 nəfərinin sürət, 40 nəfərinin isə yorğa yarışında iştirakına qərar verilib. Çaparlar iki qrupa bölünüb. Hər qrupda 15 çapar öz məharətini göstərib və qrupdakı qalib finala vəsiqə qazanıb.
Çaparlar milli at cinsləri olan Qarabağ, Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə bəxtlərini sınayıblar. Yarışın qaydalarına görə, 1 000 metr məsafəni qısa müddətdə qət edərək finiş xəttinə tez çatan qalib elan olunmalıdır. Finişə isə “Qoca” adlı at birinci çatıb.
Yarışın təşkilatçılarının sözlərinə görə, əcdadlarımızdan bizə miras qalan at yarışlarında məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda bu idman növünə marağı artırmaq, eləcə də at növlərini tanıtmaqdır.
Qeyd edək ki, qalib çapara pul mükafatı təqdim olunub.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
