Pleyeri seçin:

Məlumatım yoxdur, rəhbərlik də... | Qalmaqallı uşaq evində ən son vəziyyət

05 noyabr 2024 751 baxış

Paytaxtda fəaliyyət göstərən 3 saylı uşaq evində qotur xəstəliyi yayılıb.

Xatırladaq ki, müəssisənin adı dəfələrlə qalmaqalda hallanıb. Sonuncu dəfə buradan 15 yaşlı qızın qaçması xəbəri yayılıb, daha əvvəl isə bir azyaşlının döyüldüyü iddia olunub.

Bəs kimsəsiz uşaqların fiziki və mənəvi təzyiqlərə məruz qaldığı, sağlamlığı təhlükədə olan bu uşaq müəssisəsi ilə bağlı hər hansı tədbir görülübmü?

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov bildirib ki, qoturluqla bağlı ilkin şübhə meydana çıxandan aidiyyəti tibb müəssisəsinə müraciət edilib:

“Həmin 5 uşaq stasionar müalicəyə cəlb edilib, müalicə prosesinin ardından onlar laborator testin nəticəsinə əsasən müəssisəyə qaytarılıblar. Hazırda vəziyyətləri yaxşıdır. Qoturluq diaqnozu qoyulan andan etibarən Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən müəssisədə dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisə sakinlərinə kənardan keçdiyini düşünürük”.

Qurumdan bildirilib ki, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Belə ki, bəzi əməkdaşlar öz fəaliyyətlərində uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarına yol verib, nizam-intizam qaydalarına riayət etməyiblər. Bundan başqa, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməyib, sanitar-gigiyena qaydalarına riayət olunmayıb, sənədləşmə işi düzgün aparılmayıb.

Ümumilikdə 41 əməkdaş barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. 7 əməkdaşın isə əmək müqaviləsinə xitam verilib. 

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 751 baxış
Seçilmişlər
icon