Mingəçevir sakinlərinin bağça problemi
Mingəçevirdə yerləşən 8 saylı körpələr evi-uşaq bağçası qəzalı duruma düşdüyündən hələ 2 il əvvəl uşaqlar və kollektiv şəhərdə yerləşən 7 nömrəli bağçaya köçürülüb.
Sakinləri isə narahat edən tərbiyə müəssisəsinin yararsız vəziyyətdə olması ilə yanaşı, burada bina tikiləcəyi ilə bağlı yayılan xəbərdir.
“Uşağın oynaması üçün yer yoxdur. Onları yola buraxmağa qorxuruq. Hər tərəfdən maşınlar gedib-gəlir. Bağça olsaydı, qoyardıq, həm uşağa, həm də bizə rahat olardı”, – sakin deyib.
Tərbiyə müəssisəsinin bir müddətdir bağlı qalması valideynləri çətin vəziyyətə salıb. Onlar bu səbəbdən uşaqlarını uzaq məsafədə yerləşən bağçaya aparmaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbəqədər təhsil müəssisəsinin binası heç bir quruma satılmayıb. Bununla bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.
Qurumdan o da bildirilib ki, Mingəçevir şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının növbəti illərdə dövlət investisiya proqramına daxil edilməsi və təmir-tikintisi planlaşdırılır.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
