Pleyeri seçin:

Moskva prospektinin adı dəyişdiriləcək?

20 yanvar 2023 731 baxış

1990-cı ilin yanvarın 19-da təxminən gecə saat 23:30-da SSRİ rəhbərliyinin qərarı ilə Bakıya yeridilmiş və aralarında erməni mənşəli əsgərlərin də olduğu 66 minlik qoşun hissələri 147 insanın qətlə yetirildiyi, 744 nəfərin ağır xəsarət aldığı, 841 nəfərın qanunsuz həbs olunduğu, 200-dən çox şəxsi və dövlət əmlakının dağıdıldığı qanlı 20 Yanvar faciəsinə imza atdı. Bu qırğın əmrini verən Mixail Qorbaçov sonralar Bakıya qoşun yeritməyin hakimiyyətinin ən böyük səhvi olduğunu dolayı yolla olsa da, etiraf etdi.

Həmin gün SSRİ qoşunları Bakıya 3 istiqamətdən daxil olmuşdu. Bunlardan biri paytaxtın şimal girişi, yəni “Şamaxinka” adlanan ərazi idi. Bu ərazinin bir hissəsində təmir-bərpa işləri aparılsa da, binalarda hələ də faciənin izlərinə rast gəlmək mümkündür. Ən çox qətllər və ən böyük dağıntılar da məhz bu istiqamətdə baş vermişdi. “Azərbaycanfilm” kinostudiyasının binası da hadisəyə şahidlik edənlərdəndir.

Bütün bunların fonunda həmin qanlı şənbə gününün yaşandığı ərazidən keçən yol Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə 2004-cü ildən “Moskva prospekti” adlandırılır. Bu qərardan narazı olan hadisənin şahidləri, sakinlər isə məhz faciənin adı ilə bağlı olaraq prospektin “20 Yanvar” adlandırılmasını istəyirlər.

20 Yanvar faciəsinin şahidi, həmin vaxt Keşlə Maşınqayırma zavodunun direktoru olan Vahid Əhmədovun da fikirincə, prospektə “Moskva” adının verilməsi doğru deyil.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, küçə adlarının dəyişdirilməsi və yeni adların verilməsi ilə bağlı BŞİH-də müvafiq komissiya fəaliyyət göstərir. Komissiyaya bu məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb və məsələ gündəlikdə yoxdur.

Banner

#Moskva prospekti teqi istifadə olunub

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 731 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 731 baxış
Seçilmişlər
icon