Müdafiə naziri yeni hərbi hissədə
Azad olunan ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti şəxsi istifadəyə verilən hərbi hissəyə baxış keçirib, yaradılan şəraitlə tanış olub.
Şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektlərinin tikilməsi, müasir avadanlıqlarla təchiz olunması haqda Zakir Həsənova məruzə olunub.
Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunan rabitə qovşağı və server otağı mövcuddur.
Müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.
#Zakir Həsənov teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
- Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
