Pleyeri seçin:
Müdafiə Nazirliyindən Qarabağda tapılanlarla bağlı vacib paylaşım
İyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən təmizlənən ərazilərin sahəsi 39721 hektara çatıb.
Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.
Kopyalandı
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- MN-dən təcili açıqlama | Bakıda görünən dronlar müzakirələrə səbəb oldu - Baku TV
- Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV
- Azərbaycanın artan nüfuzu | "Baku TV" 8 yaşını qeyd edir | ABŞ-İran dialoqu - YENİ BİR SƏHƏR
- Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət etdi - Baku TV CANLI
- “Xəstə adamam, dayana bilmirəm” | Sakinə niyə 30 ildir ki, müharibə veteranı adı verilmir? - Baku TV
